Эпизоды
-
"Faydalı saat" verilişində dermatoonkoloq uzman Mehdi İskəndərli ilə birlikdə dəri xərçənginin əlamətlərindən, müayinə və müalicəsindən, dəri xərçəngi olma ehtimalı çox olan şəxslərdən, yay aylarında dərini qorumağın yollarından, dəridəki ləkələrdən və müxtəlif dəri xəstəliklərindən danışdıq.
-
Qonağımız Nərgiz Məmmədova İndoneziyada səyahət etdiyi adalardan, Saxara səhrasında dəvə ilə 7 saatlıq gəzintisindən bizə danışdı.
-
Пропущенные эпизоды?
-
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli ilə birlikdə yolları yaxşı tanıyan sürücülərin arxayınlığından, sürücü məsuliyyətsizliyinin yaratdığı təhlükələrdən danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
-
"Faydalı saat" verilişində Tütünlə Mübarizə Günü ilə bağlı pulmonoloq Çağla Xurşud Hüseynova ilə birlikdə maraqlı və faydalı söhbətimiz oldu.
Siqaret istifadəsi bizdən nələri alır?Elektron siqaretin bilmədiyimiz mənfi təsirləriSiqaretdən imtina niyə çətin görünür?Tütündən imtina etmək üçün vasitələr -
"Qaydaları Pozma" layihəsində bu dəfə paytaxtın yol hərəkətində olan dəyişiklikləri, sürücülərin problem yaşadığı küçə və prospektləri BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və AYNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Samir Məhərrəmovla birlikdə müzakirə etdik.
-
Qonağımız ABB-nin əməkdaşı Anar Hüseynov "Miles" kartların üstünlüyündən,sadə və premium kartların fərqindən danışdı.
-
"Faydalı saat" verilişində hepatoloq Hicran Xıdırova ilə birlikdə qaraciyər sağlamlığından, hepatitlərin xüsusiyyətlərindən və onlardan qorunmaq yollarından, qaraciyəri xəstə edən faktorlardan danışdıq və dinləyicilərin suallarını cavablandırdıq.
-
Qonağımız fotoqraf Əli Əkbər Namibiyaya getməyin yollarından və qəbilənin tərkibində yaşamaq təcrübəsindən söhbət açdı.
-
Qonağımız Nigar Mirzəyeva Çinin Pekin,Haynan,Quandjo şəhərlərində insanların həyat tərzi barədə müşahidə etdiklərini bizə danışdı.
-
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli və sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubla birlikdə sürücü məsuliyyətsizliyinin səbəblərindən, yollardakı kobud qayda və etika pozuntularından danışdıq.
-
Mövsümi xəstəliklərin səbəbi nədir? Niyə yaz və payız xəstəliklər mövsümü hesab olunur? Ev şəraitində müalicənin müsbət və mənfi tərəfləri nələrdir? İmmunitetə təsir edən əsas faktorlar nələrdir?
Bu suallara "Faydalı saat" verilişində pediatr, epidemioloq tibb üzrə fəlsəfə doktoru Mehriban İbrahimova ilə birlikdə cavab verdik. -
Qonağımız "Foriella MMC-nin" direktoru Fərman İslamlı mebellərin keyfiyyətindən, sahibkar olmağın müsbət və mənfi tərəflərindən danışdı.
-
"Qaydaları Pozma" verilişində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla birlikdə dönmə və qəza işıqlarından düzgün istifadədən, səs siqnallarını yersiz istifadə edən sürücülərdən, işıq və səs siqnallarından istifadənin sürücülərə hansı üstünlükləri qazandırmasından danışdıq.
-
Piylənmə niyə yaranır? Piylənmə irsi ola bilərmi? Piylənməni bilmək üçün hansı testlərdən keçmək lazımdır? Hansı qidalar bizi xəstələndirə bilər?
"Faydalı saat" verilişində həkim-nutrisioloq Emil Hidayətli ilə birlikdə bu suallara cavab tapdıq. -
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli ilə birlikdə sürət həddini aşan sürücülərdən, tələskənliyin yollarda yaratdığı problemlərdən, sürücülərin narazı olduğu hallardan danışdıq.
-
Dünya Hipertoniya Günündə "Faydalı saat" verilişində kardioloq Cəmil Babayevlə ürək sağlamlığı ilə bağlı bir sıra məqamlara toxunduq:
Kimlər ürək-damar xəstəliklərinin risk qrupuna daxildir?
Ürəyi zəif olan insanlar kimlərdir?
Ürəyimiz niyə zəifləyir?
Qan təzyiqini normada necə saxlayaq?
Yuxunun ürək sağlamlığına təsiri -
"Qaydaları Pozma" layihəsində BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli radara ehtiyac olan küçələrdən, sürəti radara görə müəyyənləşdirən sürücülərin yaratdığı təhlükələrdən, yüksək sürət səbəbindən baş verən qəzalardan danışdı.
-
"Faydalı saat" verilişində qastroenteroloq Sevindik Arazovla birlikdə bir sıra maraqlı məqamlara toxunduq:
Hansı qidalar həzm sistemimizə mənfi təsir göstərir?
Köp yaradan əsas səbəblər
Bədənimizdəki şişkinlik nədən xəbər verir?
Qida qəbulu üçün ən ideal saatlar -
Qonağımız,səyahətçi Malik Abdullayev İspaniya ərazisində yerləşən Kanar adalarında və İsveçrə olarkən başına gələn maraqlı əhvalatları bizimlə bölüşdü.
- Показать больше