Folgen
-
Bu bölüm kollajlamaq və zehnimin axışı haqqında danışdığım bir bölümdür. Bölüm kollajın bir sənət növü olduğunu öyrənmə, onu istifadə etmə, zehin axışımda fərqindəlik yaşama, bu fərqindəliklərlə ehtiyaclarımı və daxili ilham qaynaqlarımı tapma proseslərim haqqında söhbətlərdən ibarətdir.
Bu podcast bölümünün videolu formatıda mövcuddur.
-
Sənin bacaracağına inanırdılar, sənin bacaracağına inanırsan. Sənə, sən var olduğun müddətcə heç solmayacaq qırmızı bir çiçək hədiyyə etmişəm. Ona yaxşı baxacağını bilirəm. İndi 21-dəyik. 21 ilə birlikdəyik. Gülüşünü özüm ilə hər zaman daşımışam və daşımağa da söz verirəm. Yeni yaşın, yeni yaşımız mübarək.
21 hər zaman səninlə bizimlə idi, hər zaman da elə olmağa davam edəcək. -
Fehlende Folgen?
-
yeni bir səyahətə başlayarkən, bu səyahətin anlarını qeydə almağı və yayımlamağı istəyirəm. bu bölümü səyahətimə başlamazdan iki gün öncə qeydə almışam, axışda hiss etdiyim, düşündüyüm və danışmaq istədiyim şeyləri sizlə bölüşürəm. xoş dinləmələr :)
-
Özümə verdiyim tətil arasından sonra gəlib söhbətləşmək, görüşlərimdəki söhbətlərdən çıxarılan mənalar haqqında danışmaq istədim, xoş dinləmələr, yaxın zamanda görüşənədək, bolluca sevgilər
-
yaşamaq üçün, yaşada bilmək üçün, yola davam etmək, əvvəlki mənlərlə bağ yarada bilmək, qısacıq zamanımızda var ola bilmək üçün.
-
bu bölümü kiminsə yaxşısı ola bilməyənlər, olmayanlar üçün qeydə almışam. xoş dinləmələr:)
-
Bu səs qeydində dispanserdə tanış olduğum rəssamın, yenidən sevdiyim şeylər üçün əmək verməyimə ilham olması və itirmək qorxumun məni həyatdan necə qopardığının fərqinə varmağımın hekayəsini danışıram.
-
bu gün aynadaki əksimdə fərqinə vardım ki, mən saçıma ağ düşəcək qədər yaşaya bilmişəm, bu bölümü qeydə almazdan bir müddət öncə niyə yaşamalı olduğumun fərqinə varmışdım. illər keçir, saçımıza ağ düşür və biz yaşamağı istəyə bilirmişik, bu gün anladım bunu mən, sizlədə bölüşmək istədim, dinlədiyiniz üçün təşəkkür edirəm.
-
Salam, bu bölümün daxilində son zamanlarda beynimdə olan suallar, qərara gəldiyim və gəlmədiyim fikirlər, ortaya qarışıq, bir-biri ilə başda və sonda bağlılığı olan mövzular haqqındaki fikirlərimi danışmışam, qarmaşadaki sakitliyə xoş gəldiniz :) xoş dinləmələr.
-
Əvvəlki evimizdə bizlə birlikdə yaşayan corellanın(Boss) hekayəsindən və qara qarğalardan danışdığım bölüm oldu. Açıqlamada yaza biləcəyim tək şey “Dayanmak kolaysa bırak onlar da yansın” :) xoş dinləmələr arzu edirəm, görüşənədək.
-
Uzun müddətdir narahatlıqlarla əl-ələ yaşayıram. Bəzən artıq davam edə bilməyəcəyimi düşündüyüm belə olur. Son zamanlarda narahatlıqlarıma və onları sakitləşdirmək üçün etdiklərimi analiz etdikcə, məni yaxşı və bütün hiss etdirən yeni amma köhnədən var olan şeyləri kəşf edirəm, bunların bəzilərini sizinlədə bölüşmək istədim🤍
-
Nərgizin yazdığı və bəstələdiyi mahnını bu linkdən dinləyə bilərsiniz: https://soundcloud.com/nargiz-aliyeva-435183036/yas-n-sonu?utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing
-
2023 boyunca mənimlə birlikdə olduğunuz üçün təşəkkürlər, bu ilki səyahətimizin sonuna gəldik. yeni başlayan səyahətimdə də məktublar göndərməyə davam edəcəm. sizi sevirəm, var olduğun üçün təşəkkürlər, səyahətimizdə uğur və sevgilər arzu edirəm. yeni ildə görüşənədək, sevgilərlə Mirvari’dən.
-
"Unutma, kiməsə ehtiyacın yoxdu sənin, sən gördüyüm ən güclü birisən"- qardaş Mircavad Həşimli.
-
Salamm, bu bölümdə terapiyaya başlama, bu səyahət boyunca qarşılaşdığım, hiss etdiyim və yaşadığım bəzi şeylər haqqında danışacam. <3 Digər bölümlərdə görüşənədək.
-
evim. bu bölümdə sənə evim haqda danışmaq istəyirəm. baxçası çiçəklərlə dolu, təmir etməsi çətində olsa, zamanımı, sevgimi və əməyi verərək möhkəmləndirdiyim, mənə aid formaya saldığım, azad olduğum, çox sevdiyim evim. böyüdüyüm, bəzi zamanlarda savaş verdiyim və tərk etməyə çalışdığım, zamanla dəyərini anladığım və daxilində yaşlanmağı ümid etdiyim canım evim <3 səni çoox sevirəm. dinlədiyin üçün təşəkkür edirəm.
-
Salamm, bu bölümdə yeni oxuyub, bitirdiyim və artıq ən sevdiyim kitablar sıralamasında ən öndə yer alan kitab haqda danışıram. Oxuyarkən ağlımda olan şey bura gəlib, bütün bunları sənlə də bölüşmək idi, xoş dinləmələr<3
-
Salamm, bu sərbəst atış bölümündə aidlik hissim və aid olduğum şeyləri tapmaq üçün çıxdığım yolda yeni nələr öyrəndiyim ilə bağlı danışacam<3 Uzun bir yol amma əyləncəli və dolu-doludur. Xoş dinləmələr, sevgilərlə, Mirvari<3
-
Salamm, mən Mirvari Həşimli. Səni yenidən gördüyüm üçün çox sevindim. Bu bölüm biraz yorğunluq, hüzün, üzləşmə və yaxşıya doğru gedən sağalma yoluma əsaslanaraq qeydə alınmışdır. Dinləyəcəyin hekayə mənə aiddir. Bu bölümün açıqlamasında yazacaq çox uzun cümlələrim yoxdur, duyğularımı və düşüncələrimi bölüm daxilində yetərincə bölüşmüşəm məncə, bilməlisən ki, dinlədiyin üçün sənə təşəkkürlərimi yollayır və bənzər şeyləri yaşıyırsansa/yaşamısansa mən sənin yanındayam. Zamanla yaralarımızın izləri belə itəcək. Səni sevirəm, yenidən görüşənədək.
-
Salamm, mən Mirvari Həşimli. Bu bölümün daxilində bəzi tetikləyicilər mövcuddur. Bu bölümdə sizinlə yemə pozuntuları və bədənsəl olaraq mövcud olan düşüncələr haqda ilkin fikirlərimi bölüşürəm. Bu bir seri halında olacaqdır. Mümkün qədər dürüstlüklə sizinlə yaşantımda olan detalları bölüşməyə, həmçinin bundan əziyyət çəkən digər insanlarıda qonaq almağa çalışacam. Bəzən insanların gördükləri şeyləri, biz olaraq qəbul etmələri yetəri qədər acı verir. Bu səbəblə bunu yaşayan sənin də yalnız olmadığını xatırlatmaq istəyirəm. Bizim bunlara məruz qalmağımız, bunları normal başlığı altına toplamır və bunu digərlərinə də ötürməyimizə haqq qazandırmır. Səni sevirəm və sənə ilk baxdığımda gördüyüm şey ruhunun necə var olduğudur. Var olduğun üçün təşəkkür edirəm <3 Xoş dinləmələr.
- Mehr anzeigen